Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26 mart 2024 1119
İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirinə yekun vurulub. Sayca 38-ci dəfədir keçirilən yarışda yığma komandamızın üzvü Diana Dımçenko ardıcıl ikinci il fərxi kürsüdə yer tutub.
Diana 1 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci yerdə tamamlayaraq əsas final olan A finalına vəsiqə qazanıb. Burada idmançımızı qızıl medaldan cəmi bir-neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) 4 saniyə geri qalan Diana turnirin gümüş medalına sahib olub.
Xatırladaq ki, Diana Dımçenko ötən il “Paolo De Aloya” turnirində birinci yer tutub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı




