Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu
06 dekabr 2022 113

5 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının qarışıq komanda yarışları keçirilib.
Yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar -48 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində, kişilər isə -73 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində güclərini sınayıblar.
Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” İdman Klubu 4:0 hesabı ilə "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu 2” isə 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi 2”-ə qalib gəlib.
Final görüşü “Neftçi İdman Klubu 1” ilə “Atilla İdman Klubu İdman Birliyi 1” arasında keçirilib. “Neftçi İdman Klubu 1” 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
1. Neftçi İdman Klubu 1
2. Atilla İdman Klubu İdman Birliyi 1
3. “Kanokan TT” İdman Klubu
3. Neftçi İdman Klubu 2
5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. Atilla İdman Klubu İdman Birliyi 2
7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi
7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi
Bənzər xəbərlər

Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində ... Ətraflı

Bədii gimnastika üzrə millimiz Macarıstanda daha bir medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən “Gracia Fair ... Ətraflı