Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcəklər
23 mart 2024 1136
Azərbaycan cüdoçuları martın 24-də Almaniyanın Bremen şəhərində keçiriləcək beynəlxalq “Masters” turnirində iştirak edəcəklər.
Gənclərdən ibarət millimiz yarışda oğlanlar arasında 6 çəki dərəcəsində 20 cüdoçu ilə təmsil olunacaq.
Yığma üzvlərindən Babarəhim Mirzəyev, Elton İmranov, Murad Muradlı (hamısı 60 kiloqram), Nicat Nağıyev, İslam Rəhimov, Məhəmməd Musayev, Nizami İmranov, Bəhram Qurbanlı, Mehdi Cəfərov (hamısı 66 kiloqram), Aydın Rzayev, Əbil Yusubov, Elnur Qasılov, Süleyman Əliyev (hamısı 73 kiloqram), Süleyman Şükürov, Nahid Tarquliyev (hamısı 81 kiloqram), Tuncay Şamil, Aslan Kotsoyev (hər ikisi 90 kiloqram), Kənan Nəsibov, Ramazan Əhmədov, Eldar Əliyev (hamısı +100 kiloqram) tatamiyə çıxacaqlar.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı