Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar
17 mart 2024 1027
Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb.
Böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər.
Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.
Qeyd edək ki, Bakıda təşkil olunan “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı










