Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər
19 mart 2024 965
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev, Nicat Mirzəyev medallar uğrunda mübarizə aparacaqlar.
Yarış martın 23-dən 24-dək təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Kamil Quliyev yarışda ölkəmizi təmsil edəcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı