Azərbaycan gimnastları Sarayevoda beynəlxalq turnirdə medallar qazanıblar
12 mart 2024 781

Azərbaycan gimnastları Bosniya və Herseqovinada keçirilən beynəlxalq turnirdə medallar qazanıblar.
Sarayevo şəhərində 7-12 yaşlı gimnast qızların XXI Olimpiya Kuboku Beynəlxalq turniri keçirilib. Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya və Azərbaycandan gəlmiş 400-dək gimnast iki gün ərzində Sarayevonun mərkəzindəki Ramiz Salçin adına İdman Sarayında öz məharətlərini nümayiş etdirib.
Beynəlxalq turnirə qatılanlar arasında Bakıda fəaliyyət göstərən “Sportsboks” idman məktəbinin kiçikyaşlı gimnastları da olublar. Məşqçi Kamilla Kazımovanın yetirmələri yarışda uğurla çıxış ediblər. Münsiflər heyətinin qərarı ilə Dilşad Babayeva, Arzu Sadiq, Selin Məmmədova, Sofiya Cəfərova, Suel Quluzadə, Amira Eynullayeva, Sürəyya Zeynalova birinci, Minayə Ələsgərova və Suel Şükür ikinci yerə layiq görülüblər.
Qaliblərə xatirə medalları, sertifikatlar və qiymətli hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı