Azərbaycan həndbol çempionatı: autsayderlər yenə məğlub olublar
15 mart 2024 1064
Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib.
Qadınların və kişilərin liqasında bir oyun baş tutub.
Qadınların çempionatında XIII turun “Bakı” – “Gənclər Birliyi” görüşü oynanılıb. Rəqibinə 14:21 hesabı ilə məğlub olan autsayder “Gənclər Birliyi” ən yaxın izləyicinə yaxınlaşmaq imkanını əldən verib. Adıçəkilən komanda hələ də hesabına xal yazdırmayıb.
Kişilərin liqasında isə XIV turun oyunu keçirilib. Çempionluğa iddia edən “Azəryol” autsayder “Dinamo” üzərində 52:36 hesablı qələbə qazanıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı