Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır
29 mart 2024 95
Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Bildirilib ki, təkcə dekabr ayında təşkil olunan 3 seminarda ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.
İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə federasiya rəhbərliyinə təqdim ediləcək.
Toplantı zamanı AKF-də fəxri prezidentlik institutunun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.
Bənzər xəbərlər
Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb
Azərbaycan gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Prezident Kuboku: Taekvondoçularımız ilk gündə 6 medal qazandılar
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən Prezident ... Ətraflı