Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki Baş Məclisi keçirilib
16 dekabr 2021 3092
Dekabrın 16-da Milli Olimpiya Komitəsinin onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.
Əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Milli Olimpiya Komitsəinin mətbuat xidmətinin məlumatına görə, Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.
Bənzər xəbərlər
Şahdağda keçirilən Avropa çempionatında ikinci yarış gününə start verilir
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı davam edir.
Yarışların ikinci ... Ətraflı
Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib
Martın 3-də Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri ... Ətraflı


