Avarçəkmə həvəskarları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə yürüşə qatılıblar
04 mart 2026 - 11:50 291
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib.
AKAF-dan bildirilib ki, tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcıların iştirak etdiyi yürüşdə əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar.
Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı