Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçkilərdə iştirak edib
10 iyun 2021 623
![](/news/1663921691.02_MOK-AVROPA OLIMPIYA KOMITASI-KAPRALOSjpg-1623365217.jpg)
Avropa Olimpiya Komitəsinin (AOK) iyunun 10-da Afinada keçirilən 50-ci Baş Assambleyasında Yunanıstanın Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos AOK-un prezidenti seçilib.
Azərbaycan Milli Olimpiya Komitəsinin AOK tarixində 9-cu prezident kimi səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycanı toplantıda Milli Olimpiya Komitəsinin nümayəndələri – MOK baş katibinin müavini Azər Əliyev, marketinq şöbəsinin müdiri Mehman Kərimov, beynəlxalq şöbənin rəhbəri Anar Bağırov, eləcə də Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbov və Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov təmsil ediblər.
AOK-un Baş Assambleyasının toplantısında qurumun digər orqanlarına da seçkilər keçirilib. AOK-un baş katibi vəzifəsinə Rafael Paqnozzi (İtaliya), vitse-prezidenti vəzifəsinə isə Daina Qudzineviciute (Litva) seçilib. 2021-2025-ci illər üçün AOK İcraiyyə Komitəsinə isə Jan Mişel Brun (Fransa), Annamari Felps (Böyük Britaniya), Berit Kyoll (Norveç), Hasan Arat (Türkiyə), Corce Visatski (Serbiya), Viktoriya Kabezas (İspaniya), Xose Manuel Arauxo (Portuqaliya), Mixay Kovaliu (Rumıniya), Zlatko Matesa (Xorvatiya), Kristina Vasilianov (Moldova), Liney Halldorsdottir (İslandiya) və Uşi Şmitz (Almaniya) seçiliblər.
Bənzər xəbərlər
![](/news/1721976945.IMG_2758.jpeg)
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarının açılış ... Ətraflı
![](/news/1721977206.IMG_2759.jpeg)
Paris-2024: Boksçularımızın ilk rəqibləri bəlli olub
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarının püşkü atılıb. Püşkə əsasən ... Ətraflı