Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11 noyabr 2026 - 22:01 12
Azərbaycan komandası Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Bu uğura taekvondoçumuz Adil Kazımlı nail olub. -73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda iordaniyalı Ahmad Aldahamşeyə məğlub olaraq Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan taekvondoçumuz əvvəlcə tunisli Adem Dyebbini, yarımfinalda isə seneqallı Amet Diopu mübarizədən kənarlaşdırmışdı.
Bununla da Azərbaycan komandasının Dakar-2026 Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı beşə çatıb.
Xatırladaq ki, yarışların əvvəlki günlərində cüdoçumuz İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçilərimiz Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Dakar-2026-ya noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ... Ətraflı
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
Azərbaycan taekvondoçusu Adil Kazımlı (-73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı