Elgün Kərimli: “Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
09 noyabr 2026 - 04:05 40
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam edir. çimərlik güləşi üzrə yarışlarda qızıl medal qazanan Elgün Kərimli çıxış etdiyi yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb və gələcək hədəflərini açıqlayıb.
Çimərlik güləşi üzrə yarışlarda Elgün Kərimli 8 Noyabr – Zəfər Günündə möhtəşəm uğura imza ataraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıb.
Qələbə təəssüratlarını bölüşən Olimpiya çempionu bu tarixi uğurunu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlara həsr etdiyini bildirib:
"8 Noyabr Zəfər Günündə Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və bizə bu Zəfər gününü yaşadan hər bir kəsə həsr edirəm."
Elgün Kərimli qazandığı yüksək nəticədə böyük əməyi olan məşqçilər heyətinə də xüsusi təşəkkürünü ifadə edib. O, qarşıdakı turnirlərdə də bu uğurların ardının gələcəyinə inamını vurğulayıb.
Bənzər xəbərlər
Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”
Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - ... Ətraflı