Xəbərlər

Tunar Quliyev: “Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir”

09 noyabr 2026 - 04:13 46

Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan idmançısı Tunar Quliyev çimərlik güləşi üzrə yarışlarda parlaq qələbə qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıb.  

 

Möhtəşəm qələbəsi ölkəmizin üçrəngli bayrağını yüksəklərə qaldıran və dövlət himnimizi səsləndirən idmançı, bu uğurun uzun və çətin məşq prosesinin nəticəsi olduğunu bildirib. Əvvəlki dörd yarışda dalbadal məğlubiyyətlə üzləşməsinə baxmayaraq, əzm və iradə nümayiş etdirərək bu yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.  

 

Tunar Quliyev qazandığı tarixi qələbədən sonra təəssüratlarını belə bölüşüb:

 

"Zəfər Günündə bayrağımızı dalğalandırmaq və himnimizi səsləndirmək mənim üçün böyük şərəfdir. Dörd yarış dalbadal uduzsam da, təslim olmadım və bu gün Yeniyetmələrin Olimpiya çempionu oldum. Bu uğurda böyük əməyi olan yığma komandanın məşqçilərinə, eləcə də şəxsi məşqçimə, anama və atama dərin təşəkkürümü bildirirəm. Biz bu çətin günləri birgə keçdik və nəhayət, böyük qələbəni qazandıq."