Azərbaycan voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
12 mart 2024 91
Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa sahib olub.
Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək.
Qarşılaşmalar 2017-ci ildə olduğu kimi, Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.
2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.
CEV prezidenti Aleksandar Boriçiç qitə birinciliyinin yenidən Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: “Biz əminik ki, Avropa çempionatı Azərbaycan yığmasının hazırkı üzvləri, eləcə də gənclər üçün böyük stimul olacaq, gələcək nəsil azərbaycanlı oyunçuları ruhlandıracaq. Biz onlarla işləməyi səbirsizliklə gözləyirik. Əminik ki, Azərbaycan Voleybol Federasiyası yarışın yüksək səviyyədə təşkili üçün yenə də əlindən gələni edəcək”.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı