Azərbaycanın 2 qadın boksçusu beynəlxalq turnirdə finala yüksəlib, 4-ü bürünc medal qazanıb
26 mart 2024 627

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
Azərbaycan millisinin 2 üzvü finala yüksəlib.
Yarışda 50 kiloqram çəki dərəcəsində yığmamızın iki üzvü - Anaxanım İsmayılova və Marjona Savriyeva üz-üzə gəliblər. Görüş ikincinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Savriyeva finalda Günel Rəhimova (Azərbaycan) ilə döyüşəcək.
Zeynəb Rəhimova da yarımfinal qarşılaşmasından qalib ayrılıb. 54 kiloqram çəkidə qüvvəsini sınayan boksçumuz italiyalı Alyona Savçuku məğlub edib – 3:2. O, həlledici görüşdə Şahina Nematova (Özbəkistan) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Anaxanım İsmayılova ilə yanaşı, Nərgiz Zeynalova (54 kiloqram), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kiloqram) turniri bürünc medalla başa vurublar.
Beş çəki dərəcəsi üzrə keçirilən yarışda qadın boksçuların final döyüşləri martın 27-də baş tutacaq. Sabah, həmçinin qızıl medal uğrunda görüşlərdə Mehparə Məmmədova (48 kiloqram) Erika Priskiandaro (İtaliya), Lalə Namazlı (63 kiloqram) isə Canfora Assunta (İtaliya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 11 ölkədən 121 idmançının qatıldığı “Böyük İpək Yolu” turnirində kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı