Azərbaycanın cüdo hakimləri Avropa Kubokunda görüşləri idarə ediblər
18 mart 2024 1379
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışları idarə ediblər.
“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev Latviyanın paytaxtı Riqa şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda oyun idarə ediblər. “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı