Azərbaycanın qadın basketbolçuları beynəlxalq turnirdə yarımfinala yüksəliblər
23 mart 2024 1252
Qadınlardan ibarət 3x3 Azərbaycan basketbol millisinin oyunçularının təmsil olunduğu “Bakı” klubu Fransada keçirilən klublararası beynəlxalq turnirin yarımfinalına yüksəlib.
Tuluza şəhərində təşkil olunan turnirdə "Bakı" adı ilə iştirak edən komandamız A qrupunda "Çartage"yə (Tunis) 16:15, "Nairobi Kiyati"yə (Kenya) isə 17:12 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.
Qeyd edək ki, Dina Ulyanova, Aleksandra Mollenhauer, Mersedes Volker və Tatyana Deniskinadan ibarət milli oyunçularımızın iştirak etdiyi turnirin əsas məqsədi Paris Olimpiadasına vəsiqə verən təsnifat oyunlarına daha yaxşı hazırlaşmaqdır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı