Azərbaycanın qadınlardan ibarət sablya millisi Dünya Kubokunda 10-cu yeri tutub
18 mart 2024 739
Azərbaycanın qadınlardan ibarət sablya millisi Belçikanın Sent-Niklas şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 10-cu yeri tutub.
Anna Başta, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət kollektiv əvvəlcə ən güclü “8-liy”ə düşmək uğrunda görüşdə Yaponiyaya 26:45 hesabı ilə məğlub olub.
Qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda qarşılaşmalarda Meksika (45:32) və Yunanıstan (45:34) komandalarına qalib gəlsələr də, 9-cu yer uğrunda matçda Bolqarıstana 44:45 hesabı ilə uduzublar.
Şəxsi yarışda Anna Başta “64-lüy”ə yüksələ bilməyib. Palina Kaspiaroviç isə əsas mərhələyə kimi irəliləsə də, növbəti görüşdə mübarizəni dayandırıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı