Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə uğurlu nəticəyə imza atıblar
15 mart 2024 91
Azərbaycanın stolüstü tennisçiləri Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası” yarışında uğurlu nəticəyə imza atıblar.
Nevşehirdə təşkil olunan beynəlxalq turnirin komanda yarışlarında məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallıdan ibarət kollektiv 13 yaşadək idmançılar arasında ikinci yeri tutub.
Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazovadan ibarət komanda isə 15 yaşadək idmançıların mübarizəsində bürünc medal qazanıb.
Mükafatları Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Oktay Çimen və Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova təqdim ediblər.
Hər iki yaş qrupunda final görüşləri beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasovaya həvalə olunub.
Qeyd edək ki, idmançılar martın 17-də yekun vurulacaq yarışın son günlərində şəxsi mübarizədə qüvvələrini sınayacaqlar.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı