Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində ikinci günün qalibləri mükafatlandırılıb
16 mart 2024 1000
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində ikinci günün qalibləri mükafatlandırılıb.
Yeniyetmələrdə fərdi çoxnövçülükdə gürcüstanlı Andria Kelekxsaşvili birinci, Azərbaycan təmsilçisi İlham Salayev ikinci, onun komanda yoldaşı Hüseyn Qəhrəmanov üçüncü yeri tutub.
Yeniyetmə qızlar arasında çoxnövçülükdə qazaxıstanlı Ulyana Puxova qızıl, Azərbaycan gimnastları Leyla Məmmədzadə gümüş, Albina Əliyeva isə bürünc medal qazanıb.
Yeniyetmələr yaş kateqoriyası üzrə komanda yarışında Azərbaycan birinci pillədə qərarlaşıb.
Yeniyetmələr arasında fərdi çoxnövçülükdə özbəkistanlı Sərvər Əbülfəizov birinci, ukraynalı Yuri Emelyanov ikinci, azərbaycanlı Aydın Əlizadə isə üçüncü olub.
Yeniyetmə qızlar arasında fərdi çoxnövçülükdə isə ukraynalı Kristina Qrudetska qızıl, qazaxıstanlı Mədinə Kapbassova gümüş, azərbaycanlı Xədicə Abbaszadə bürünc mükafata sahib çıxıb.
Kişilər arasında fərdi çoxnövçülükdə Azərbaycan gimnastı İvan Tixonov birinci, ukraynalı Vladislav Xriko ikinci, digər idmançımız Rəsul Əhmədzadə üçüncü yeri tutublar.
Qadınlar arasında fərdi çoxnövçülükdə özbəkistanlı Lobar Amrillayeva qızıl, azərbaycanlı Nazənin Teymurova gümüş, qazaxıstanlı Əminə Halimarden isə bürünc medala yiyələnib.
Kişilər arasında böyük və gənclərin komanda yarışında Ukrayna birinci, Azərbaycan isə ikinci yerə çıxıb. Qadınlarda da Ukrayna birinci, Azərbaycan ikinci yeri tutub.
Qeyd edək ki, martın 17-dək davam edəcək yarışda Azərbaycan, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstanın 88 idmançısı mübarizə aparır.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı




