Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib
09 fevral 2022 1530
Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb və nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib. Ardınca ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.
Konfransda həmçinin, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Sonda Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını bildirib.
Bənzər xəbərlər
Avropa Su İdmanı Federasiyasının konfransı ilk dəfə Bakıda
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla ... Ətraflı
Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı ... Ətraflı

