Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib
11 iyun 2026 - 23:08 241
Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Tədbir Meksikanın paytaxtı Mexikoda yerləşən “Asteka” stadionunda təşkil olunub.
Mərasimin bədii hissəsində dünyaşöhrətli müğənni Şakira, həmçinin David Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli çıxış ediblər.
Meksika – Cənubi Afrika Respublikası oyunu öncəsi dünya çempionatının səfiri Salma Hayek Pinault meydana çıxaraq dünyanın müxtəlif ölkələrindən olan azarkeşləri salamlayıb. O, İspan dilində çıxış edərək Meksikanın ABŞ və Kanada ilə birlikdə mundiala ev sahibliyi etməsindən qürur duyduqlarını bildirib.
Daha sonra dünya çempionatında iştirak edən 48 ölkənin dövlət bayraqlarının paradı təşkil olunub.
Açılış mərasimindən sonra Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında mundialın ilk oyunu start götürüb.
Qeyd edək ki, dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edir. FIFA digər iki ev sahibi ölkədə də ilk qarşılaşmalardan əvvəl açılış tədbirlərinin keçirilməsini planlaşdırır.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı