Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatının qalibi olublar
18 iyun 2026 - 11:20 283
Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
Yarışda Azərbaycanı təmsil edən idmançılar uğurlu çıxış edərək 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Aydan Hüseynova (36 kiloqram, “İrəvan” TK) və Rada Əsəd (44 kiloqram, “Mübariz” TK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İslam Quluzadə (33 kiloqram, “Alpman” TK), Gökalp Çilingir (40 kiloqram, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kiloqram, “Alov” TK) yarışı gümüş medalla başa vurublar.
Əkbər Tağıyev (+30 kiloqram, “Atlet” TK) isə bürünc mükafata sahib çıxıb.
Azərbaycan klub təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və çempionatın kubokunu qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı