Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcək
06 fevral 2023 61

Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Yığmamız Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.
Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq.
Bu gün Macarıstana yollanan komandamız fevralın 12-də Bakıya qayıdacaq.
Qeyd edək ki, yarışda 26 ölkədən 352 (227 kişi, 125 qadın) boksçunun iştirakı gözlənilir.
Bənzər xəbərlər

MOK rəsmisi ANOC-un idman direktorların seminarda iştirak edib
18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un İdman Direktorlarının II ... Ətraflı

ASAPES-də inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) BP və ... Ətraflı