Çingiz Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib
26 oktyabr 2019 2522
23-26 oktyabr tarixlərində baş tutan Avropa Olimpiya Komitəsinin Baş Assambleyası çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının sədri seçilmişdir.
Həmçinin tədbir çərçivəsində Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Azərbaycan Olimpiya Komitəsi (MOK) adından yubileyi qeyd etmək məqsədi ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev quruma xas olan hədiyyə təqdim etmişdir.
Xatırladaq ki, assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və iris, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Həmçinin, Tokio 2020 və Paris 2024 Yay Olimpiya Oyunları, Pekin 2022 Qış Olimpiya Oyunları, Krakov və Malopolska 2023 Avropa Oyunlarının məruzə çıxıları dinlənilib.
Bənzər xəbərlər
Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında ... Ətraflı
Azərbaycan beynəlxalq antidopinq siyasətinin formalaşmasına töhfə verməyə davam edir
Azərbaycan nümayəndə heyəti martın 3-dən 5-dək Fransanın Strasburq şəhərində keçirilən ... Ətraflı





