Xizək alpinizmi üzrə Avropa çempionatında ikinci günün qalibləri bəlli olub
05 mart 2026 - 16:46 485
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti qaliblər bəlli olub.
2-ci gündə qarışıq estafet yarışı baş tutub. Yeniyetmə oğlan və qızlar arasında 1-ci yerdə Almaniya, 2-ci sırada İspaniya, 3-cü pillədə Rusiya təmsilçiləri qərarlaşıblar. Böyüklərin mübarizəsində isə İsveçrə idmançıları Avropa çempionu olublar. İtaliya 2-ci, Almaniya 3-cü yeri tutub.
Martın 6-da idmançılar fərdi və vertikal növlər üzrə mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı