Azərbaycan və Türkmənistan arasında atçılıq idmanı sahəsində əməkdaşlıq memorandumu imzalanıb
06 mart 2026 - 12:47 369
Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın “Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Dövlət Sərhəd Xidmətindən bildirilib ki, memoranduma əsasən, tərəflər bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və məsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə ediblər.
Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin onların hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.
Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı