Eldəniz Əzizli: Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu idman yarışında da bizim yanımızda idi
16 avqust 2022 1027

Məqsədimiz çempion olmaq idi. Şükürlər olsun ki, güləş üzrə milli komandamız yekunda Beşinci İslam Həmrəyliyi Oyunlarının ən yaxşı komandası seçildi. Ümid edirəm ki, ölkəmiz ümumi medal sıralamasında ilk üçlükdə yer alacaq.
Bu sözləri jurnalistlərə açıqlamasında V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
“Ölkəmizin idman sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu idman yarışında da bizim yanımızda idi. Bizə dəstək göstərən xalqımıza təşəkkür edirik”, - deyə E.Əzizli qeyd edib.
Bənzər xəbərlər

Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün birgə təlim keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü və Azərbaycan Respublikasının Səhiyyə ... Ətraflı

Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ... Ətraflı