İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) Konqresi keçirilib
28 noyabr 2022 94

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib.
Konqres çərçivəsində cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim olunub. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb. Təbrik edirik!
Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.
Bənzər xəbərlər

Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində ... Ətraflı

Bədii gimnastika üzrə millimiz Macarıstanda daha bir medal qazanıb
Bədii gimnastika üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən “Gracia Fair ... Ətraflı