Kamran Mirzəxanov 1-ci mərhələdə 9-cu oldu
03 mart 2022 443

Türkiyədə gənclər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Manavgat Side Junior” yarışı start götürüb. 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin 1-ci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda iştirak edən gənclər yığmamızın lideri Kamran Mirzəxanov 6,3 km məsafəni 8 dəqiqə, 36 saniyəyə qət etməklə 1-ci mərhələni 9-cu sırada başa vurub. Velosipedçimiz ilk yarış gününün qalibi, Belçikanın “Cannibal” klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb.
2-ci yarış günündə velosipedçilər 107 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı