Xəbərlər

Komissiyanın sədri Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyev seçilib

13 aprel 2022 854

Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.  

BCF-in rəsmi saytında bildirilib ki, yeni komissiya daim dəyişən dünyada cüdonu təbliğ edərək ümumilikdə idmanın inkişafına kömək edəcək, eləcə də texnologiyaları müasir bir vasitə kimi idmançıların və cəmiyyətin xeyri üçün istifadə edilməsi istiqamətində çalışacaq.