MOK rəsmisi ANOC-un idman direktorların seminarda iştirak edib
21 mart 2023 89

18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un İdman Direktorlarının II Seminarı keçirilib.
ANOC-un Baş katibi Qunilya Lindberqin çıxış nitqindən sonra Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarında yaranan problemlər müzakirə olunub. Akkreditasiya, idmançıların yerləşdirilməsi, idmançılar və məşqçilərin oyunlardan kənar münasibətləri, idmançıların təhlükəsizliyi kimi mövzuları ətrafında müzakirə aparılıb.
Həmçinin seminarda Milli Olimpiya Komitələrinin federasiyalarla əməkdaşlığının gücləndirilməsi, idmançı və məşqçilərlə birgə fəaliyyətlə bağlı təkliflər səslənib.
ANOC rəsmiləri, Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirak etdiyi seminara Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin direktoru Həsənağa Rzayev də qatılıb.
Bənzər xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq
Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli ... Ətraflı

İlk yarış gününə yekun vuruldu
May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr ... Ətraflı