Nazir Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb
14 mart 2024 129
Martın 13-də gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 13-cü görüşünü növbəti dəfə də 2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində keçirib.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, yerli və beynəlxalq yarışların yayımı ilə bağlı İdman TV-nin təqdimatı dinlənilib. Həmçinin idman fotoqraflarının fəaliyyəti, gələcək perspektivlər mövzusunda, "Gilavar" foto klubu barədə məlumat verilib. "Fibonaççi Games" şirkətinin kollektiv intellekt təlimi, idmanla məşğulluq, "İdman həftəsi" çərçivəsində paytaxtda və regionlarda keçirilmiş tədbirlər barədə hesabat verilib, idman startegiyası ilə bağlı təqdimat və digər məsələlər barədə danışılıb.
Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.
Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri də iştirak ediblər.
Bənzər xəbərlər
Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
Paris-2024 Yay Olimpiya Oyunlarının məşəli üç yelkənli qədim gəmi ilə ... Ətraflı
Avarçəkənimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Akademik avarçəkmə üzrə yığma komandamızın üzvü Diana Dımçenko Paris-2024 Yay ... Ətraflı