“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada əyalət çempionatının qalibi olub
21 mart 2024 866
Almaniyanin Lutherstadt Eisleben şəhərində keçirilmiş boks üzrə Saksoniya-Anhalt əyalət çempionatında “Odlar Yurdu” boks klubunun idmançısı qızıl medal qazanıb.
Həvəskar Boks Federasiyası tərəfindən təşkil olunmuş yarışda klubun üzvü Yousuf Rouhulla 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion olub.
2013-cü ildə Almaniyanın Maqdeburq şəhərində yaradılan “Odlar Yurdu” boks klubu 2023-cü ildə həvəskar boks idmanı yarışlarına qatılmaq üçün lisenziya qazanıb. Klubun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov yarışın nəticələrindən, eləcə də tələbəsinin uğurundan məmnun qaldığını, əsas məqsədlərinin həvəskar boks üzrə Avropa və dünya çempionları yetişdirmək olduğunu qeyd edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı