Parisə gedən yol Bakıdan keçir
11 mart 2024 958
Aprelin 5-dən 7-dək Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçiriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Olimpiadasına lisenziya qazandıracaq. Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130, aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da mübarizə baş tutacaq.
I-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Aprelin 5-də 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.
İlk dəfə ölkəmizdə keçiriləcək yarış İctimai TV vasitəsiylə canlı yayımlanacaq. Yaxın günlərdə biletlər “İtickets” vasitəsi ilə satışa çıxarılacaq.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı