Rusiyanın boks yığması Paris-2024-də iştirak edəcəkmi?
19 mart 2024 1083
Rusiya boksçuları Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etməyəcək.
Bunu Rusiya Boks Federasiyasının baş katibi Tatyana Kiriyenko açıqlayıb.
O bildirib ki, boksçular oyunlara neytral statusda qatılmayacaqlar: “Rusiya boksçuları heç vaxt yarışlara neytral statusda getməyəcək. Biz öz vətənimizə xəyanət edə bilmərik. Heç kimi ittiham etmirik, amma dəqiq formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 2023-cü il dekabrın 8-də verdiyi qərarla Rusiya və Belarus idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarına neytral statusda qatılmasına icazə verib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı