“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq
10 mart 2024 1072
“Şahdağ” Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına bu gün yekun vurulacaq.
Azərbaycanda idmanın bu növü üzrə ilk dəfə keçirilən beynəlxalq turnirdə 11 ölkədən 60-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.
Yarışın sonuncu günündə vertikal növ üzrə üç yaş kateqoriyasında medalçılar bəlli olacaq. Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal, kubok və müxtəlif hədiyyələr ilə təltif olunacaq.
Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı və mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini artırmaqdır.
Qeyd edək ki, ötən gün idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar. Bu növdə U-23 kateqoriyasında çıxış edən Azərbaycan yığmasının üzvü Nəzrin Qəribova gümüş medalın sahibi olub.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı
