Xəbərlər

Şahmat üzrə Azərbaycan çempionatının növbəti turu gərgin mübarizə şəraitində keçib

10 fevral 2022 544

Azərbaycan çempionatında beşinci turun oyunları sona çatdıqdan sonra iki şahmatçı - Durarbəyli Vasif və İbrahimli Murad 4 xal ilə çempionata liderlik edir. Hər iki şahmatçı bu turda qara fiqurlarla vacib qələbələr qazandı. Belə ki, Əhmədzadə - Durarbəyli görüşündə ağlar səhvlər ardıcıllığı ilə cəmi 14 gedişdə məğlub oldular. Məmmədov - İbrahimli oyununda isə ağlar mittelşpildə plansız hərəkət edərək, qısa zamanda məğlubiyyətə aparan ağır vəziyyət düşdülər. Lidərlərin digər cütlüyündə Qasımov - Süleymanlı oyunu heç-heçə ilə nəticələndi.
Qeyd edək ki,  çempionatda I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə pley-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda  ölkə çemponu müəyyən edəcəklər.