"Sərhədçi" yarımfinala vəsiqə qazandı
28 mart 2024 1095
Basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hər iki oyun "Sərhədçi" İdman Mərkəzində təşkil olunub. Günün ilk oyununda "Gəncə" və "Şəki" komandaları üz-üzə gəlib.
Qarşılaşma "Gəncə" klubunun 85:78 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci oyununda qrupdan çıxmaq uğrunda mübarizə aparan "Sabah"lap "NTD-İndiqo" komandaları qarşılaşıb. "NTD-İndiqo" oyunda 89:85 hesablı qələbə qazanaraq B qrupunu lider kimi tamamlayıb.
"Sabah"ın məğlub olmasından sonra "Sərhədçi" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal oyunları ("NTD-İndiqo" - "Xəzri", "Neftçi" - "Sərhədçi") aprelin 17-də keçiriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı