Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12 mart 2024 969
Martın 13-dən 16-dək Gənclər və İdman İdarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək.
Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda qızlar, oğlanlar, qadınlar və kişilər arasında stend atıcılığının dairəvi və səngər stendi növləri üzrə fərdi və qarışıq komanda yarışlarında qaliblər bəlli olacaq.
Yarışlarda Bakıda fəaliyyət göstərən idman cəmiyyətləri, klubları və məktəbləri iştirak edəcək.
Kubokun qarışıq komanda yarışları 14 mart, fərdi yarışları isə 15-16 mart tarixlərində baş tutacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı