Xəbərlər

Tokio-2020 80000 könüllünün cəlb olunacağı planlaşdırılır

30 mart 2018 633

2020 Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları sentyabr ayında oyunlar üçün 80 000 könüllünün iştirakının planlaşdırıldığı açıqladılar.

Tokio 2020 könüllü olmaq istəyənlər bu ilin sentyabr ayından dekabr ayınadək ərizələrini verə biləcəkləri haqqında da məlumar verildi. Həmçinin, təşkilatçılar iş yükünün öhdəsindən gələ biləcəyinə əmin olan namizədləri qəbul edəcəkləri xəbərdarlığını etdilər.

Könüllülər üçün məşqlərə 2002-ci il aprelin 1-nə qədər anadan olmuş, Yaponiya vətəndaşı və ya Yaponiyada yaşamağa icazəsi olan namizədlər iştirak edə bilərlər. Namizədlər “işlərini tam yerinə yetirməyi bacarmalı” və “həvəsli” olmalarını qeyd edilir.

Tokio 2020-nin baş direktoru Toşiro Mutonun Japan Times-a verdiyi müsahibədə “biz namizədlərin öz işlərinə ciddi yanaşmaqlarına əmin olmaq və onların işi yerinə yetirmək həvəslı olmalarına əmin olmaq istəyirik. Çünki, həmin könüllülər 10 gün ərzində ciddi iş rejimində işləyəyini gözləyirik” demişdir.