Tokio-2020: İrina Kindzerska bürünc medal qazandı
30 iyul 2021 958
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib.
Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.
Digər tərəfdən, Kindzerska Azərbaycana medal qazandıran ilk qadın cüdoçu olub. Müstəqillik dövründə əvvəlki medalları kişi cüdoçular əldə edib.
Bənzər xəbərlər
Prezident Olimpiya mükafatçılarını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi ... Ətraflı
Hacı Əliyev: "Bu, hamımızın zəfəridir"
"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox ... Ətraflı