Xəbərlər

Tokio-2020 üçün rəsmi geyim dəstinin təqdimat mərasimi keçirilib

13 iyul 2021 697

Tokio-2020-nin başlamasına 10 gün qalmış Milli Olimpiya Komandasının rəsmi geyim dəstinin təqdimat mərasimi keçirilib. 

 

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər. 

 

Bədii-əyləncəli hissədən sonra Tokio-2020 Olimpiya Oyunlarının rəsmi idman geyimlərinin nümayişi həyata keçirilib. Nümayişdə bayraqdarlarımız Rustam Orujov və Fəridə Əzizova  da iştirak ediblər.