Türkiyədəki Premyer Liqa turnirində Azərbaycanın 8 karateçisi mübarizə aparacaq
12 mart 2024 994
Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.
Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.
Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.
Qeyd edək ki, yarış martın 15-17-də təşkil olunacaq.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı