13 yaşlı idmançımız Avropa çempionu oldu
06 sentyabr 2023 1338
Türkiyənin İstanbul şəhərində keçirilən Wako versiyası üzrə Avropa çempionatında azərbaycanlı idmançı erməni rəqiblərinə qalib gəlib.
Azərbaycan Kikkboksinq Federasiyası idmançısı, Wako Dünya çempionu Nizami Əliyev 2 erməni idmançısına qalib gələrək Wako versiyasının Avropa çempionu titulunu qazanıb.
Belə ki, Nizami Əliyev 32 kq çəki dərəcəsində 1-ci rəqibinə (Papyan Serzh ) 3-0 qalib gələrək finala yüksəlib və finalda 32 kq çəki dərəcəsində rəqibinə (Mikayelyan Mark) 3-0 qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, 13 yaşlı Nizami Əliyev 2022-ci ildə İtalyanın Jesolo şəhərində keçirilən Wako Dünya çempionatının final döyüşündə (Kuw) Kuveyt idmançısı Karam Mohammada qalib gələrək Dünya çempionu olub.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı