Azərbaycan Qolf Federasiyasının yeni nizamnaməsi təsdiq olunub, quruma prezident və vitse-prezidentlər seçilib
08 aprel 2026 - 16:15 161
“Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, tədbirdə federasiyanın prezidenti Rauf Xəlilov bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra İctimai Birliyin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində yeni redaksiyada qəbul olunub.
Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentlər, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı