Dakar-2026-nın missiya rəhbərlərinin seminarına start verilib
08 aprel 2026 - 15:52 406
Aprel 8-də Seneqalın paytaxtı Dakarda 2026-cı ildə keçiriləcək IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Şef de Mission seminarına start verilib.
Aprelin 11-dək davam edəcək seminarda dünyanın müxtəlif ölkələrindən gələn Milli Olimpiya Komitələrinin nümayəndələri tərəfindən Oyunların təşkilati məsələləri müzakirə olunur.
Seminarın əsas məqsədi idmançıların gəliş-gediş qrafikləri, şəhərdaxili daşınma planları, Yeniyetmələrin Olimpiya Kəndində yaradılan şəraitlə tanışlıq, Dakar, Diamniadio və Saly zonalarındakı idman arenalarına, o cümlədən "Iba Mar Diop" kompleksi və “Tour de l'Oeuf” mərkəzinə tur, Antidopinq nəzarəti, protokollar və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatlandırma kimi məsələlərdir.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov da iştirak edir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı