Su İdman Növləri Federasiyasının idmançıları Avropa çempionatına yola düşüb
08 aprel 2026 - 16:44 407
11-18 aprel tarixlərində İspaniyada yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatı keçiriləcək. Mursiya şəhərində təşkil olunacaq qitə birinciliyində Azərbaycan Su İdman Növləri Federasiyası (AWSF) ölkəmizi iki idmançı ilə təmsil edəcək.
Komandamızın heyətində Nərgiz Məmmədova və Nəzrin Məmmədova yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Məşqçi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgiannidir.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı