2026-cı ildə dünyanın "İdman Paytaxtı" tituluna sahib olmaq üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
22 aprel 2024 947

Bununla əlaqədar ölkəmizdə səfərdə olan Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Kommisiyasının (ACES) nümayəndələri Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar. Səfər çərçivəsində qonaqlar Su İdmanı Sarayı, Avropa Oyunları Parkı, Dənizkənarı Milli Park, Cüdo üzrə Təlim-Məşq Mərkəzi, Bakı Kristal Zalı, Mərkəzi Park, Respublika Olimpiya Mərkəzində olublar. Onlar həmçinin “Ocaq” İdman Klubunun, “Gənclik Sağlamlıq” İdman Kompleksinin, Milli Gimnastika Arenasının, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun fəaliyyəti ilə də tanış olublar.
Nümayəndə heyəti "Böyükşor" parkı, "Dreamland" və Bakı Olimpiya Stadionuna da baxış keçirib.
Gənclər və idman naziri Fərid Qayıbovla görüşən qonaqlar Bakının namizədliyinin təqdimat mərasimində də iştirak ediblər.
Aprelin 21-də Bakının namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında iştirak edən ACES nümayəndə heyəti medianın suallarını cavablandırıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı